Ana Səyfə » Proqramlar » Gözəl Sözlər » Sevgi Mesajları » Mini Chat
Saat :
|
»
1. Eşq
dodaqlarda qəhqəhə deyil, gözlərdəki yaşdır. Məqsəd sevgi uğrunda ölmək
deyil, uğrunda öləcək sevgili tapmaqdır. 2. Həyatda
heç bir şey ilk eşqin yerini tutmaz. İnsan sevsə belə o ilk eşq heç
unudulmaz. 3. Səni
o qədər çox sevəcəyəm ki, mənsiz günlərini yox sayacaqsan. Səni sevdiyimi
söyləməyəcəyəm gözlərimə baxıb anlayacaqsan. 4. Bu
gecə sürüşərkən göz üzündən ulduzlar gözlərimdən yaş süzülsə də ilk dəfə
olaraq dilək tutmayıb təşəkkür etdim Tanrıya bu gecə yanımda olduğun
üçün! 5. Niyyətin
səni qaçırtmaqsa artıq qaçırtmışam,
gözlətməksə artıq gözləyirəm, sevməksə artıq
sevirəm. 6. Sən
məni deyil mənim səni sevməmi sevirsən. 7. Könlümdə
taxt qurdun, könlümün sultanı oldun, gecə göy üzündə parlayan ulduzam,
sabah isə ruhuma doğan günəşim oldun. 8. Səni
sevirəm çünki əlini qəlbimin üzərində hiss etdiyim zaman, üzüntülərimi
alıb onların yerinə o bənzərsiz sıcaqlığı verməyi
bacarırsan. 9. Sevən
unutmaz, unudan sevməmişdir, əgər sevib unutmuşsa sevgisini bilməmişdir.
Çiçəklər sola bilir, yarpaqlar tökülə bilir, səni hər kəs unuda bilir amma
mən əsla. 10.
Haraya
gedərsənsə get sevdadan qaçılmaz, könül elə bir şey ki, hər kəsə
açılmaz. 11.
Mən
gedirəm mənim canım gül bağçam. Mən ağlayıram sən ağlama. Bir ömür boyu o
gül üzün həmişə gülsün. Çünki güllər ağlamaz. 12.
Dünyan
elə qaralsın ki, səni aydınladan tək işıq gözlərim
olsun. 13.
Gördüyüm
ən gözəl yuxu sənin olduğun, duyduğum ən dərin sevgi sənin əsərin,
gördüyüm ən gözəl dünya sənin gözlərin və qurduğum ən gözəl xəyal
sənsən. 14.
Sən
ürəyimin dərinliyində hər kəsdən uzaq hər kəsdən fərqli olaraq
yaşayacaqsan. Sən mənim son eşqim, dəli sevdam, yaşamış olduğum ən gözəl
gərçəksən
! 15.
Sənə
söz verirəm sən getsən də, məni tərk edib, unutsan da, səni mən əsla
unutmayıb hər an üçün sevəcəyəm. 16.
Sevgilərin
ən gözəli səni sevmək, gözləntilərin ən gözəli səni gözləmək və həyatın
dadı sabaha qalxdığımda sənin var olduğunu
bilməkdir. 17.
Ovcunun
arasına bir ürək buraxdım. İstəyərsənsə bir kənara atarsan, istəyərsənsə
ürəyinin üstünə qoyub hər zaman səninlə olacağını
xatırlayarsan. 18.
Mən
bu həyatda bir çox səhvlər edib acısını çəkdim. Tək bir doğru iş gördüm
oda sənə qəlbimlə güvənməkdir. Canımın içi düşünürəm sən buna
layiqsən. 19.
Gecələrdən
qorxma, pəncərəndə ulduz kimi parlayacağam, uzaqdayam deyə yalnızsansa
kölgə kimi arxanda, nəfəs kimi içində, can kimi
yanındayam. 20.
Əgər
qədər səni mənim qollarımdan alıb başqasının qollarına atarsa bil ki,
sənin düyün musiqin mənim cənazə marşım olacaq. 21.
Eşqin
tək dili gözlərdir onlar dodaqlar kimi yalan
söyləməz. 22.
Son
bir günüm qalsa da fani dünyada səninlə bərabər olmaq istəyərəm. Sevincli
günləri təkrar-təkrar yaşayıb əllərin əlimdə ölmək
istəyərəm. 23.
Səsini
duysam da hər an üzünü görmək kimi deyil. Səni gözlədiyimi bil hər an. Heç
bir şey səni sevmək kimi deyil. 24.
Sevgililər
öpüşərkən nədən gözlərini yumurlar bilirmisən? Çünki gözləri ilə deyil
qəlbləri ilə görmək istəyirlər. Yəni hiss etmək istəyirlər. Sevgilim mən
də səni ruhumun dərinliklərində hiss edirəm, çünki səni çox
sevirəm. 25.
Dəniz
dalğasız, könül sevdasız olmaz, yarı gözəl olanın başı bəlasız
olmaz. 26.
Sən
güllərə qibtə etmə, güllər sənə qibtə etsin. Üzmə şirin canını sən
güllərdən də gözəlsən. Sevgi qədər məsum seviləcək qədər özəlsən, çünki
sən bircəcik, hər şeyə bərabərsən. 27.
Buraxacağın
bir əli tutma, tutacağın bir əli buraxma. Saxta sevgilərə gül olmaqdansa
gerçək sevgilərə tikan olmağa dəyər bunu əsla
unutma. 28.
Heç
bir qız oğlana boyun əyməz, heç bir oğlan da bir damla göz yaşına
dəyməz. 29.
Səni
sevirəm deyən sözlərə deyil, sənin üçün ağlayan gözlərə
inan. 30.
Yaxınlıq
nə məkanla nədə zamanladır. Yalnız əllər göyə açıldığında ağlına gələnlər
yaxın olduqlarındır. 31.
Onun
gözəlliyini hər kəs görürsə o məncə bir az gözəldir. Onun gözəlliyini hər
kəs bilirsə o məncə heç gözəl deyildir. Onun gözəlliyini yalnız mən
görürəmsə bu sevgidir. Onun gözəlliyini yalnız mən bilirəmsə bu eşqdir.
Heç kim bilmirsə bu yalnızlıqdır. 32.
Həyat
bir damla sudursa eşq bir damla göz yaşıdır. 33.
Bu
dünyada 2 qüsursuz insan vardır. Biri doğmamışdır digəri isə
ölmüşdür. 34.
Məni
sənə qovuşduracaq tək şeyin ölüm olduğunu bilsəydim, əzrailin gəlməsini
gözləməzdim. 35.
Yarpaq
tökən gəncliyimin sətir aralarında altı qırmızı cızılmış və dırnaq içinə
alınmış susqunluğumun baş hərflərisən. 36.
Məndə
Məcnundan füzun aşiqlik istedadı vardır, aşiqi məcnun mənəm Məcnunun ancaq
adı vardır. 37.
Fırtınalar
qopar könlümdə. Səni axtararam xəyallarımda. Geriyə dönməsən belə, könlüm
yenə həmişə səninlə. 38.
Gənclikdə
günlər qısa, yollar uzun, yaşlılıqda isə günlər uzun, yollar
qısadır. 39.
Səninlə
başım dərddə, nə edim bilmirəm, canımdan bir parçasan, söküb ata
bilmirəm. 40.
Hər
zaman doğrunu söyləsən nə dediyini xatırlamaq zorunda
qalmazsan. 41.
Mənə
səni unut dedilər unutdum; Amma səni deyil, mənə səni unut
deyənləri. 42.
Səni
sevmək acıların ən böyüyü olsa da, səni düşünərkən gözyaşı tökmək yaşana
biləcək ən böyük sevincdir. 43.
Dost
istəyərsənsə Allah yetər. İbrət istəyərsənsə ölüm yetər.
44.
Sən
məni, mənim səni sevdiyim qədər sevsəydin; Mənim səni, sənin məni sevdiyin
qədər sevdiyimi anlayardın. 45.
Bərabər
ağlamaqdakı göz yaşı kimi heç bir şey qəlbləri bir-birinə
bağlamaz. 46.
Əgər
oralarda bir gün yağmur yağarsa üzünü çevirmə. Burax səni mənim yerimə
öpsün. 47.
Aynaya
baxınca özümü deyil qocaman bir ürək və o ürəkdə ondan da böyük bir sən
gördüm. 48.
Sən
dünyaya sürgün bir mələksən. Mən səni o qədər çox sevəcəyəm ki, bir daha
cənnətinə dönməyəcəksən. 49.
Həyatın
ən gözəl anı hər şeydən vaz keçdiyiniz zaman sizi həyata bağlayan biri
olduğunu düşündüyünüz andır. 50.
Əgər
bir gün sevmək istəsən öncə özünü sev, daha sonrada istəyərsənsə məni,
Amma məni; məni sevən kimi deyil özünü sevən kimi sevməlisən, çünki mən
səni belə sevdim. 51.
Səni
sevməmi istəmişdin, sevdim. Səni öpməmi istəmişdin öpdüm. Sənə baş əyməmi
istəmişdin bunu edə bilmərəm gözəlim. Yaradandan başqasına baş əymək
sevənə də sevilənə də yaraşmaz. 52.
Əsla
üzməsin səni qarşılıqsız sevgilər. Ürəyinə dağ basmasın acılar bir gün
gedər. Gedən getsin bu yanğınlarda sönər. Əsla baxma geriyə krallar öndə
gedər. 53.
Yalnızlıqdan
qurtulmanın tək yolu yalnızlıq duyğusundan uzaqlaşıb hər insanın
içərisində doğuşdan var olan sevgiyə sarılıb öncə özünü sevməni öyrənərək
bu sevgini başqaları ilə heç bir ayırım etməyərək
paylaşmaqdır. 54.
Qanadlanıb
göylərə necə uçum, küləyin olub sənə necə əsim, yağmurun olub yanağına
necə düşüm, başımı tutub uzaqlara sənsiz necə gedim, içimdə sən var ikən
söylə necə ölüm. 55.
Fədakar
olan insan könüldən sevəndir. Ürəkli olan insan özünü biləndir. Ümidli
olan insan yaşamağı sevəndir. Unutmayan insan bir ömrə
bərabərdir. 56.
Həyata
dair gözəl olan hər şeylə birlikdə yaşamağı bil
yetər. 57.
Sənsizlik
səssizlik demək. Səssizlik ölüm demək. Yaşayarkən ölmək, səni sevib
sənsizliklə yaşamaq demək. Demək ki, yaşamaq üçün sevmək, sevmək üçündə
sən gərəksən. 58.
Sənə
səni dünyalar qədər sevirəm desəm yalan. Sənə səni ölüm qədər sevirəm
desəm inan, çünki ölümdür dünyada tək gerçək olan. 59.
Mən
səni sevmək üçün deyil sevmənin necə bir duyğu olduğunu görməyin üçün
sevdim. 60.
Əsla
sevmə, sevərsənsə xəyanət etmə, xəyanət edəni əsla əfv
etmə. 61.
Hiss
etdiyin hissləri hiss etdiyini hiss etdiyin an hiss etdiyin hiss
eşqdir. 62.
Gülü
gülənə ver. Qəlbi sevənə ver. Aşiq olmaq gözəl şey, qiymətini bilənə
ver. 63.
Ay
gecə üçün, günəş gün üçün, sən mənim üçün, bütün güllər sənin
üçün. 64.
Sən
mənim qanadımsan, tutunacaq arxamsan. Yaşamaq nəyə yarar yanımda
olmalısan. 65.
Uzaqlardasan
mənimlə deyil, mən isə yalnızam səninlə deyil, ismin qəlbimdədir dilimdə
deyil, qəlbim səninlədir içimdə deyil, səni sevirəm əlimdə
deyil. 66.
Ümid
gözəl şeydir qəlbində daşıyarsansa, sevmək gözəl şeydir gerçəkdən
sevirsənsə, yaşamaq gözəldir anlamını bilirsənsə, sevilmək gözəldir
gerçəkdən sevirsənsə. 67.
Mən
sənsizliyi sənin yerinə qoyub səni sənsizliklə yaşaya bilirəm. Unutma
unutmaram unutmasan. Səndən uzaqlarda sənsiz qalacağımı zənn
etmə. 68.
İndi
yağmur isladır ümidlərimi. Səni bir çiçəkdə yaşatdığımı bilirsən. Yox imiş
sənsiz yaşantımın anlamı. Səni sevirəm desəm gələrmisən
? 69.
Yaşamağı
bir sevda sandım, sevgini sən sandım, həyatı bir yol sandım, dərin bir
yuxudan oyandım, amma səni yanımda tapa bilmədim. 70.
Adını
günəşə yazdım, hər şəfəqdə doğsun deyə, ürəyini ürəyimə yazdım için-için
yandığında mənimki də yansın deyə, adını canım qoydum sən öldüyündə mən də
ölüm deyə. 71.
Dünyadakı
bütün insanların eşqi toplanıb birləşsə belə, mənim sənə qarşı olan
eşqimin yanında aciz qalar. Çünki mənim sənə qarşı olan eşqim ağıl və
məntiqin heç bir zaman çata bilməyəcəyi yerdə qalır. 72.
Xəritəyə
baxıram evin yox. Sözlərə baxıram adın yox. Sənə baxıram özümü görürəm,
çünki məndən başqa yerin yox. 73.
Hər
dəniz bir dalğa, hər röya bir yuxu, hər məzar bir ölü, hər ağac bir kök
tapar. Mən başqa bir sən tapa bilmərəm. 74.
Bir
gecə yarısı titrəyərək oyansan bil ki, şəklini öpdüyüm gündür, bir gün
səbəbsiz yaşlar süzülərsə o gözəl gözlərindən bil ki yoxluğundan öldüyüm
gündür. 75.
Ağırdır
sevgilərim hər ürək daşıya bilməz, böyükdür ümidlərim, hər ürək saxlaya
bilməz. Hər şeyi unudar da. Amma bu qəlbim tək bir səni
unutmaz! 76.
Gözəlsən,
birdənəsən, şirinsən. Çəkdiyim dərddə tək bəhanəsən. Mələkmi, şeytanmı
bilmirəm ki, nəsən. Əllərdən əllərə atsan da olar. Mən səni sevirəm, sən
məni sevməsən də olar! 77.
Sənsizəm,
səndən uzaqda səni düşünürəm, səni gözləyirəm və gözləməyi çox sevirəm.
Bir gün səni itirmək kimi duyğu gəlir beynimə, qorxuram və bu qorxunu çox
sevirəm. Sevirsən deyə qorxursan. İtirsən uzaqdan baxmaq yetər bilirsən.
Sənsizəm, sevgi yox artıq, amma mən yenə də səninləyəm, çünki səni
sevirəm. 78.
Mənə
bir günün 24 saat, bir saatın 60 dəqiqə və bir dəqiqənin 60 saniyə olduğu
öyrədildi, amma sənsiz keçən bir saniyənin sonsuzluq qədər uzun olduğu
öyrədilmədi. Həyatımızın hər anında birlikdə olmağımız arzusu ilə
sevgilim. 79.
Bir
sevgilim var uzaqda üzünü görmədiyim, səsini eşitmədiyim. Bir sevgilim var
uzaqda əlini tutmadığım, saçına dəymədiyim. Gün gələr sevgilim mənə
dünəndən yaxın olar. 80.
Heç
sənin sevginə xəyanət edərəm? Canım kimi sevərkən buraxıb gedərəm?
Qəlbimdə sevdan var ikən heç başqa əllərlə gəzərəm? Kim dedisə yalan
inanma çünki günahsızam! 81.
Sevən
nə qədər sevərsə, sevilən bir o qədər nankor olar. Bir gün özümü
öldürəcəm, səbəbi sən olacaqsan sevgilim. Günlərdən sonra xəbərimi bir
dostumdan alacaqsan. Bəlkə üzüləcəksən, bəlkə də sevinəcəksən. Amma sən nə
deyirsən de, mən öləndə belə "SƏNİ SEVDİYİMİ"
söyləyəcəyəm". 82.
Gözlərim
səni narahat edirsə bağlayaram, bir daha açmaram. Sözlərim səni narahat
edirsə, susaram bir daha danışmaram. Varlığım səni narahat edirsə ölərəm
bir daha qarşına çıxmaram. Yox narahat edən sevgimdirsə, bağışla ona heç
nə edə bilmərəm. 83.
Sevmə
məni, xatırla. Gözləmə məni amma unutma. 84.
Yalnızca
uşaqlar ağlayar və yalnızca Allah bağışlayar. Əgər bir gün məni tərk
etsən, uşaq deyiləm ağlamaram, Allah deyiləm
bağışlamaram! 85.
Ürəyinə
sevda əkən, ayrılıq biçərmi, sevən seviləndən asanca vaz keçərmi, sən məni
sevmə gülüm, mən yanaram ikimizin yerinə yetməzmi? 86.
Bax
yenə soldu günəş, yenə axşam olur, ömrümün qədəhinə sənsiz bir gün dolur,
sən yoxsan deyə inan dərdliyəm, kədərliyəm, gəlməzsənsə məhv olaram,
yıxılaram. Sevgilim səni çox sevirəm. 87.
Vaxtından
öncə çiçək açmaz. Məndə sən bitmədikcə, məndə mən ölmədikcə sənə olan bu
sevgim bitməz. 88.
Gül
çiçəklədiyi gündən günəşə aşiqdir. Nə qədər günəş hər gecə ayın görkəminə
qapılıb gülü buraxsa da, gül ulduzlara qapılıb günəşi
unutmaz. 89.
Birlikdə
yaşaya biləcəyin biriylə deyil, onsuz yaşayamayacağın biriylə ol. Gəldiyi
zaman boşluq dolduran deyil, getdiyində yeri doldurulmayan biriylə
ol. 90.
Həyatda
heç bir insan üçün ağlamağa dəyməz. Lakin ağlamağa layiq insan heç bir
zaman ağlatmaz. Sən yenə də ağlamaq istəyirsən başını dik tut. Göz
yaşların ağladan qədər alçalmasın. 91.
Gözlərin
sözlərini örtəcək qədər məsum, düşüncələrin duyğularını basdıracaq qədər
açmasız, əllərində əllərimi tutmayacaq qədər uzaqsa mənim günahım nə
birdənəm. 92.
Ruhumu
yerə vurub həsrət çəkdirən olsan da, nə sevginə bəd duam, nə sənə kinim
var. Dəryaya axar kimi min bir dərdlə dolsam da, səni məhşərə qədər
sevməyə əminim var. 93.
Xatirənə
dağlar diz çöksün; Sən əsla əyilmə, ayrılıq, hüzn nədir; Sən əsla bilmə,
bu könül bağçasından kim gedərsə getsin, sən əsla
getmə! 94.
Son
hədiyyə olaraq bu gülü sənə verəcək qədər könüllüyəm, amma yenə bilirəm
ki, sən bu gülü alacaq qədər zərif könüllüsən. 95.
Qorxduğum
sevmək deyil, sevib ayrılmaqdır. Qorxum ölmək deyil, sənin tərəfindən
unudulmaqdır. 96.
Duyğular
vardır anladılmayan sevgilər vardır kəlmələrə sığmayan, baxışlar vardır
insanı ağladan. İnsanlar vardır ki, əsla unudulmayan, səndə
onlardansan. 97.
Əllərini
tutmaqdan deyil bir gün buraxmaqdan qorxuram, acı çəkməkdən, ağlamaqdan
deyil səni incitməkdən qorxuram. Sən mənim tək sevdiyimsən. Mən
sənsizlikdən qorxuram! 98.
Bir
gecə ay məndən soruşdu. "Niyə sən sənə bu qədər acı verən birini sevirsən?
" Niyə sən ondan vaz keçmirsən? Aya baxdım və dedim "Sən heç göy üzündən
vaz keçərsən?" 99.
Ümidsizliyə
qapıldığın zaman göy üzünə bax mütləq səni orada qarşılayacaq bir günəş,
dəli bir yağış, ya da parlaq bir ulduz vardır! 100.
Dost
uğrunda ölmək asandır, lakin uğrunda ölünəcək dostu tapmaq
çətindir. 101.
Əsla
heç kimin ümidini qırma bəlkə də tək sahib olduğu şey məhz
odur. 102.
Xəyal
etmək istədiyiniz hər şeyi xəyal edin, getmək istədiyiniz hər yerə gedin,
olmaq istədiyiniz insanla olun, düşünün ki, yaşaya biləcəyiniz bir
həyatınız və bütün bunları edə biləcək bir şansınız
var. 103.
Hər
şeyi sildim, yeni bir həyat üçün, sənin üçün. 104.
Güləndə
hər kəs səninlə bərabər olar, bəs ağlayanda necə? Qələbələrə hər kəs ortaq
olur, bəs məğlubiyyətlərə necə? Elə bir dost seçki, pis gün qapını döyəndə
qapıya səninlə bərabər çıxsın. 105.
Mən
səni ulduz qədər sevmədim bir gün sürüşərsən deyə, mən səni günəş qədər
sevmədim bir gün batarsan deyə, mən səni qəlbimdə sevdim daim orada
qalasan deyə. 106.
Bizim
yerlərdə taleyimiz doğuşdan yazılır, şerlərimiz həyatımızı anladır,
sevdamızda ürəyimiz qədər mərd olur. Səni unutdum kəlməsi məzar daşında
olur. 107.
Sevmə
səni sevməyəni dünyanın sahibi olarsa belə, sev səni sevəni dağdakı çoban
olsa belə. 108.
Unutduqlarını
xatırla, itirdiklərini axtar, gözlədiklərini get tap, incitdinsə
bağışlanma dilə, incidinsə bağışla, sevirsənsə bunu bildir. Bu günki yaşam
çox qısa. 109.
Gözlər
vardır ki, sözləri anladır, sözlər də var ki, gözləri anladır, bir də
sevgi var səni anladır. 110.
Tək
qaldığım dünyada dünyam olarmısan? Dənizlər qədər sevdim səni. Dəniz
fənərim olarmısan? 111.
Sən
mənə canım deyərdin, gülüm deyərdin, hər gecə yollarımı gözləyərdin.
Dünyan mən idim sonun mən idim, hər şeyin mən idim, bunları mənə deyən sən
idin mən deyildim. 112.
Yalnızlıq
gecələrin, ümid gözləyənlərin, xəyal çarəsizlərin, yağış küçələrin,
təbəssüm dodaqların, hüzn ellərin, sən isə sadəcə mənimsən
birdənəm. 113.
Başını
sinəmə qoyub yatanda bir tək düşmənim var idi. "Keçib, gedib və bitəcək
olan "ZAMAN". 114.
Səni
ən çox kim sevir desələr;Mənim adımı verə bilərmisən?Onu unut desələr;
Xeyir əsla deyə bilərmisən?Eşqinizin məqsədi nədir desələr;Ölüm var
ayrılıq yox deyə bilərmisən? 115.
Sən
heç dənizin altında meşənin yaşıllığını gördünmü? İmkansız olduğunu
söyləmə, çünki mən sənin gözlərində ölülərin belə görmədiyi cənnəti
gördüm. 116.
Ağaclara
yazdım adını, yandırdılar, göy üzünə yazdım, yağış olub axdılar. Bu dəfə
qəlbimə yazıram, ölüm ancaq silər adını oradan. 117.
Dünyada
iki rəng gül olsun. Qırmızılar sənin, ağlar mənim olsun. Sən məni unutsan
qırmızı güllər solsun, mən səni unutsam ağ güllər kəfənim
olsun. 118.
Buludlarla
yüklədim, həsrətimi, küləklərlə yolladım sevgimi, yağışlarla birgə
yağdırdım göz yaşlarımı, sənə kiçik mələklər göndərdim öpmək üçün!
Gəldilərmi? 119.
Gözlərin
gözlərimdə, əllərin əllərimdə, qəlbin içimdə və ruhun bədənimdə olduğu
müddətdə səni sonsuza qədər sevəcəyəm. 120.
Allahın
sənə verəcəyi ən böyük cəza xoşbəxtlik olsun. Ağlamaq istə fəqət göz
yaşların içinə axsın. 121.
Sanma
ki, adını bir başqası siləcək, səninlə başladım səninlə
bitəcək! 122.
Ey
bülbül nə oturmusan qəfəsdə? Sındır qəfəsi sevgini isbat et. Sənsiz sanki
qaranlıq dünyayam. Ver işığımı, suyumu ver. Ürəyimi geriyə
ver. 123.
Hər
sevən adsız bir qəhrəmandır və insan sevə bildiyi qədər
insandır. 124.
Dodaqlar
yalan söyləyə bilər amma gözlər əsla! 125.
Mən
səni unutmaq üçün sevmədim, amma nə üçün sevdiyimi
unutdum. 126.
Sənə
minlərcə gül vermək istərdim amma güllər solar, sənə ömrümü vermək
istərdim amma bir gün öləcəyəm, sənə sadəcə sevgimi verirəm ki, o
əbədiyyən yaşayacaq! 127.
Sən
(S)ənə inanan kimsəyə inanma. Sən (S)əni sevən, kimsəni sevmə. Sən (S)ənə
güvənən, kimsəyə güvənmə. Mötərizə daxilində olan "S"-ləri "M" et və bunu
kimsəyə də bildirmə. 128.
Hər
aya baxışında məni xatırla. Gözlərin ulduzlara dikilərsə, gözlərinə
baxdığımı unutma. Ovcuna bir yarpaq düşərsə, əllərimdir onu əsla
buraxma. 129.
Səni
gündə bir dəfə düşünürəm o da mənim 24 saatımı alır. 130.
Gecənin
səssizliyini dinlə, içindəki məni duyacaqsan. Qaranlığa bax üzümü
görəcəksən. Əllərini qəlbinə qoy gözlərini bağla. Sənə ruhumu yollayıram
bir azdan öpüləcəksən. 131.
Səni
çox sevirəm. Soruşsan nə qədərmi? Dənizlərdəki qum dənələri qədər, göy
üzündəki ulduzlar qədər, qəfəsdəki bir quşun uçmaq istədiyi
qədər. 132.
Sevgini
daşımaq deyil, həsrətini daşımaq çətin. Gülüşü unutmaq deyil, ağlamağa
alışmaq çətin. Yaşamaq deyil, ölməkdə deyil, gözləyib görüşməmək çox
çətindir birdənəm. 133.
Kəlmələr
yetərsiz qalır sevgimi anlatmağa, gözlərimə baxaraq anla necə aşiqəm sənə.
Əllərimi bərk tut heç ayrılma, çünki nəfəs kimi möhtacam
sənə. 134.
Kiçik
bir əsintiylə başlayan fırtınaya bənzər mənim eşqim. O qədər şiddətlidir
ki, dayanmaq bilməz taki sənin içindəki dənizi dalğalandırana
qədər. 135.
7
dağdan 7 ayrı 7 arı gətirsələr, 7 arının 7 ayrı balını gətirsələr 7 dənə
qızıl qaşığa qoysalar mənim qəlbimdəki eşqim qədər şirin
olmaz. 136.
Unutma
sən mənim öz canımdan çox dəyər verdiyimsən. Bil ki, nə olursa olsun hər
zaman üçün ürəyimdəsən. 137.
Qovuşmaq
ölümsə, həsrətin zülm. Əlbəttə qovuşarıq, gözlə gülüm. Tək sənə aiddir bu
könlüm. Mən yolumu seçdim: Ya sən, Ya ölüm! 138.
Aramızda
nə qədər məsafə olursa olsun sonsuzluğa gedən bütün yollara adını yazdım.
Hansı yoldan keçirsən keç, səni çox sevdiyimi
görəcəksən. 139.
Bir
yolçu gözləyirəm bir gün gələcək. Bir xəyal qururam heç bitməyəcək və bir
qəlb daşıyıram səndən başqasını əsla sevməyəcək. 140.
Sən
mənim qarşılıqsız sevdiyim, dalıb gedən gözlərimsən. Mənim bir dənəm,
sevdiyimsən. 141.
Səni
elə bir yerə yerləşdirdim ki, gerçəyin gəlsə belə xəyalının yerini
doldurmaz. 142.
Günəşim
ol isit amma yandırıb yaxma. Yağışım ol üzərimə yağ amma islatma! Küləyim
ol əs amma sovurma. Sadəcə mənim ol, sevə bildiyin qədər sev amma SƏNSİZ
buraxma! 143.
Ürəyin
o qədər gözəl ki, onu incitmələrinə əsla izin vermə. Nə istiliyini yetir
nə dostluğunu tək qorxun unudulmaq olsun. Səni unudana yazıqlar
olsun. 144.
Mən
sənin məni sevə bilmə ehtimalını sevdim. 145.
Unutmadım
həsrət yaşlı gözlərini. Sən qəlbimə girəndən görməz gözüm bir kimsəni.
Şerimdə yarımçıq qalacaq yarımçıq qalan sevgimiz kimi. Səni sevdim mən
gülüm! Yemək kimi su kimi. 146.
Səni
sevdiyim qədər yaşasaydım ölümsüzlüyün adını sevgi
qoyardım. 147.
Həyatda
elə anlar vardır ki, o anlar uğrunda məğlub olmaq belə zəfər sayılır.
Mənim anlarımda sən idin. Səninlə apardığım sevda vuruşunda məğlub oldum
fəqət özümü qalib sayıram. 148.
Mən
+ Sən = Birik; Mən - Sən = Heçnəyik; Mən / Sən =
Bölünmərik! 149.
Gecə
yarısı başlanarsa səsim duyulsun deyə deyil, çağırışmalarım isə sənin
gəlməyin üçün deyil. Bu ürək duyulmadan səslənməyi bilirsə, görmədən
sevməyidə bilir. 150.
Deyirlər
göy qurşağının bitdiyi yerdə bir xəzinə var. Bir gün təqib etdim bitdiyi
yerdə sən var idin. 151.
Gecənin
qaranlığındasan, günəşin işığında, yağışın damlasındasan, selin
coşqusunda, bəzən yuxumdasan, bəzən yanımda, amma hər zaman ağlımdasan
bunu unutma. 152.
Bir
oğlanı xoşbəxt edə bilmək üçün çox anlayıb azda olsa sevməli, bir qadını
xoşbəxt edə bilmək üçün çox sevib anlamağa çalışmamaq
gərəkdir. 153.
Mənə
səni sevirəm dediyin zaman bu yalan olsa belə bu yalanı dünyanın bütün
gerçəklərinə dəyişməyə hazıram. 154.
Sevgi
insanın həm dostu həmdə düşmənidir. İnsanı onun kimi yıxan, onun kimi
sevindirən bir şey daha yoxdur həyatda. 155.
Dəli
bir yağış yağmur olsam səni yağdığım yerlər qədər sevərdim. Dəli bir külək
olsam səni əsdiyim yerlər qədər sevərdim. Amma mən sadəcə dəliyəm və səni
aldığım hər nəfəs qədər çox sevirəm! 156.
Gözəlsən,
şirinsən, bircəciyimsən. Mələkmisən? Şeytanmısan? Bilmirəm nəsən. Əldən
əllərə atsan da olar, mən səni sevirəm, sən sevməsən də
olar. 157.
Zənn
etmə ki, gözlərim sənə baxdıqca yorulacaq, ölsəm də ruhum səninlə qalacaq.
Səndən əvvəl həyata əlvida desəm də, son sözüm səni sevirəm
olacaq. 158.
Sən
ən mükəmməl sevgiyə layiq olacaq qədər gözəl, hamının sevə bilməyəcəyi
qədər özəlsən. 159.
Ağlamaq
istəyirsənsə ağlama! Çünki, yalnız sənin gülüşün üçün yaşayan biri
var. 160.
Sevmək
"səni sevirəm" demək deyil. "Səni sevirəm" deyərkən
titrəməkdir. 161.
Sən
səhrada açan bir gül olsan, qurutmamaq üçün səni göz yaşlarımla
sulardım. 162.
Səni
hər dəfə düşünəndə qəlbimə bir ulduz əlavə olunur. Neçə dəfə düşündüyümü
xatırlamıram, amma mənim qəlbimdə bir səma var. 163.
Əgər
gecələr səni düşündüyüm qədər uzun olsaydı, səhər
açılmazdı. 164.
Mən
səni əsil insanların sadə sevgisi ilə yox, sadə insanların əsl sevgisi ilə
sevirəm. 165.
Sən
uçurum kənarında açan bir çiçək olsan və öləcəyimi bilsəm də səni
qoparardım. 166.
Səni
nə vaxt sevməyəcəyimi soruşma. Çünki, öləcəyim günü
bilmirəm. 167.
Sənə
olan məhəbbətimi dağlara-daşlara yazmaq istədim. Sənə olan məhəbbətimdən
böyük
dağ tapa bilmədim. 168.
Dünən
gecə sən yatarkən bir mələk göndərdim sənə nəzarət etmək üçün. Tez
qayıtdı. Nə oldu? Soruşdum. Bir mələk başqa bir mələyə nəzarət edə bilməz
dedi. 169.
Həyatda
elə birini sev ki, sən onun üçün ölməyi düşünərkən O sənin üçün çoxdan
ölmüş olsun. 170.
Təbəssümün
kimidir ölüm, razıyam gülüm, al məni qəlbin canıma məzar
olsun. 171.
Həyatda
tək ümidin gülmək olsun. Bir gün ağlasan o xoşbəxtlikdən olsun. Unutma,
sevən bir dəfə ölər. Ölən bir dəfə basdırılar. Mənim sənə olan sevgim nə
ölər, nə də basdırılar. 172.
Zənn
etmə ki, gözlərim sənə baxdıqca bezəcək. Ölsəm də ruhum hər zaman səninlə
qalacaq. Bağlansa gözlərim həyata inan ki, son sözüm səni sevirəm
olacaq. 173.
Səni
düşündüyüm zaman sənin də məni düşünüb-düşünmədiyini düşünmək məni
düşündürür. 174.
Ən
gözəl sevgi desələr eşqimizi deyə bilərsənmi? Ən çox kimi sevirsən
desələr, adımı verə bilərsənmi? 175.
Güllər
həmişə əllərində açsın, tikanları əllərinə batmasın, sevda həmişə səni
tapsın amma səni yaralamasın, xoşbəxtlik həmişə ürəyinə dolsun, amma
sevənini unutdurmasın. 176.
Yağan
hər yağış, dərdlərini yusun. Doğan hər günəş, xoşbəxtliyinə başlanğıc
olsun əsən hər külək, sənə olan məhəbbətimi
anlatsın. 177.
Həyatda
o qədər xoşbəxt ol ki, xoşbəxtlik də səni qısqansın. 178.
Hamını
sevə bilərdim sevməyə səndən başlamasaydım. 179.
Günəşin
buzlaşdığı yerdə yanan bir şey görsən, bil ki, o sənin üçün yanan mənim
qəlbimdir. 180.
Kaş
ki, sən mən olaydın. Səni sevməyin nə qədər çətin olduğunu hiss edəydin.
Kaş ki, mən sən olaydım. Bu qədər sevilməyin ləzzətini
duyaydım. 181.
Həyatda
mənim üçün ən dəyərli şeyi sənə vermək istərdim. Amma səni sənə verə
bilmərəm. 182.
Çığır
dünyaya bütün gücünlə və ya pıçılda qulağıma səssizcə. Necə istəyirsən elə
et, yetər ki mənə səni sevirəm söylə. 183.
Həyat
sevgi ilə xoşdur. Sevgisiz həyat boşdur. Nə olar Allahım sevənləri
qovuşdur. 184.
Bu
gün həkimə getmişdim. Böyrəyimdə daş, ciyərimdə qum, qəlbimdə səni
tapdılar. 185.
Nə
qədər insafsızsan çobanyastığı! Nə olardı bir ləçəyin də olsaydı? O zaman
sevərdi məni. 186.
Bir
can düşün bədənsiz. Bir bədən düşün qəlbsiz, bir qəlb düşün sevgisiz, bir
də məni düşün sənsiz. 187.
Sənə
gülüm desəm olmaz solub gedərsən. Sənə mələyim desəm olmaz uçub gedərsən.
Səni sevirəm desəm nə deyərsən? 188.
Səni
bir nəfər sevirsə o mənəm, səni iki nəfər sevirsə, birinci sevən mənəm.
Səni üç nəfər sevirsə, ən çox sevəni mənəm. Səni heç kim sevmirsə, bil ki,
ölmüşəm. 189.
Kimsəyə
könlümü vermədim, içində səni görərlər deyə. Kimsənin könlünü almadım,
içində səni görərəm deyə. 190.
Günəşi
sevirəm deyirsən günəş çıxınca kölgəyə qaçırsan. Yağışı sevirəm deyirsən
yağış yağınca çətiri açırsan, küləyi sevirəm deyirsən külək əsincə
pəncərəni bağlayırsan. Qorxuram sevgilim, çünki sən məni də sevdiyini
deyirsən. 191.
Səni
dünən sevmədim, dünənlər bitdi. Səni bu gün də sevmirəm, bu günlər də
bitəcək. Səni sabah sevəcəyəm, çünki sabahlar heç
bitməyəcək. 192.
Ölümümdən
deyil ölümündən qorxuram, çünki birincisində mən varam, ikincisində isə
sən. 193.
Duyğuları
açıqlayan gözlər olmasaydı, qəlb hisslərin məzarına çevrilərdi. 194. O qədər
gözəlsən ki, üzünə baxa bilmirəm. Titrəyir əllərim, əllərini tuta
bilmirəm. Elə bağlanmışam ki sənə, sənsiz qala
bilmirəm. S o n ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ I love You " H " ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ |
|||||