Sevgi Mesajları :
1.
Sənə bu
mesajı deyil ürəyimi yollamaq istərdim, telefonu deyil əlimi tutmanı
istərdim, mesaja deyil gözlərimə baxıb səni sevirəm deməni
istərdim.
2. Bu mesajı oxudunsa mənə heyransan.
Vecinə deyilsə məni sevirsən. Cavab versən mənsiz yaşaya bilmirsən. Cavab
verməsən mənə vurğunsan. Görək indi nə edəcəksən?
3. Dünyada bir çox insan var. Bəzisi duyğulu
bəzisi duyğusuz, bəzisi qorxulu bəzisi qorxusuz. Bəzisi ağlayıb bəzisi
gülür amma gözəlliklərə və xoşbəxtliyə layiq olan bir insan var o da indi
mesajımı oxuyur.
4. I love your eyes cünki onlar very nice,
bir anlıq look at me ondan sonra dont forget me, qəlbim tic tac for you
because i love you!
5. Eşqim yatağın, sevgim yorğanın, ürəyim
yastığın olsun şirin yuxular birdənəm.
6. Sənin üçün uzaqdan sevməyi, baxmadan
görməyi, toxunmadan hiss etməyi, eşitmədən dinləməyi, göz yaşlarımla
gülməyi və qovuşmaq üçün səbr etməyi öyrəndim ancaq sənsizliyi əsla!
8. Axtardığım nə varsa bil ki, səndə
tapmışam. Səndən əvvəl yox idim səninlə var olmuşam. Səndədir bütün
hicran, ümidlər. Məni məndə axtarma mən artıq sən olmuşam!
9. Çoxdur sənə sözlərim, ağlıma gəldikcə
söyləyirəm, bu fani dünyada gülüm mən sənsiz neyləyim?
10. Yağışı sevirəm deyirsən yağış yağanda
çətirini açırsan, günəşi sevirəm deyirsən günəş çıxanda pərdəni
qapadırsan, küləyi sevirəm deyirsən əsəndə pəncərəni örtürsən və mən də
bundan qorxuram! Çünki məni də Sevdiyini söyləyirsən!
11. Darıxdığın sənin üçün darıxırsa darıxmaq
gözəldir. Dönəcəksə gözlədiyini gözləmək gözəldir. Sevirsə sevdiyin bax
elə bu hər şeyə bərabərdir.
12. Sənə minlərcə gül vermək istərdim amma
güllər solar, sənə ömrümü vermək istərdim amma bir gün öləcəyəm, sənə
sadəcə sevgimi verirəm ki, o əbədiyyən yaşayacaq!
13. Məni oda at bədənim yansın, sadəcə
qəlbimə dəymə, çünki onun içində sən varsan.
14. Dünyada hər şey özünə bir yoldaş
axtarar, daşın qəlbi yoxdur amma onu da yosun sarar.
15. Sənin olan hər şeyi, hətta sənsizliyi
belə səni xatırlatdığı üçün sevirəm!
16. Səni ulduzlara oxşadıram, onlar qədər
parlaq, cəlb edici və gözəlsən amma aranızda tək bir fərq var; onlar
milyonlarla sən isə bir dənəsən!
17. Bu gün də sabah da ürəyin qədər
yaxınındayam, özünü tənha hiss etdiyində əlini ürəyinə qoy mən həmişə
oradayam.
18. Cavanların deyiminə görə
əyləncə gedər, yaşlıların deyiminə görə cavanlıq gedər, uşaqların
deyimiylə dünyalar gedər, mənim deyimimə görə CANIM qədər sevirəm səni!
19. Zənn etmə ki, yerin dolacaq, səndən
başqa biri mənlə olacaq. Nə mənə sənin kimi bir sevgili nə də səni mənim
kimi sevən tapılacaq.
20. Güllərin hamısı gözəldir amma sənin
qədər deyil. Səni hər kəs sevər amma mənim qədər deyil!
21. Hər eşqin göy üzündə bir mələyi varmış.
Yer üzündə tükənən hər eşq üçün göy üzündə bir mələk ağlarmış. İnan ki,
bizim mələyimiz heç ağlamayacaq.
22. Bir şirin gülüş vurdu məni çox dərindən.
Baxanda qamaşdı gözlərim gözəlliyindən. Sevirəm sözü yıxdı məni çox
dərindən. Burax izimi ey pəri əgər sevməyəcəksənsə!
23. Eşq dənizdən çınqıl toplamağa bənzər,
əvvəl tək-tək yığırsan sonra bir-bir atırsan. Sadəcə bəzilərini atmağa
ürəyin gəlmir və səndə atılmayanlardansan!
24. Uzaqlıqlar kiçik sevgiləri yox edir,
böyüklərini isə ucaldır. Eynilə küləyin şamı söndürüb alovu alovlandırdığı
kimi.
25. Bilirəm sən bir ulduzsan ətrafında bir
çox planet var. Amma unutma ki, mən dünyayam və ancaq məndə həyat var!
26. Göy üzü nə qədər qaranlıq olarsa olsun
oralarda bir yerdə mütləq bir ulduz var. Bir qəlb nə qədər sevgisiz
qalarsa qalsın, mütləq içində göyərən bir tumurcuq və bir çiçək var!
27. Həyatındakı üzüntülər sahildəki ayaq
izləri qədər keçici. Xoşbəxtliklər isə mərmərə yazılmış yazılar qədər
qalıcı olsun.
28. Ay işığının aydınlatdığı bir sahildə
kiçik bir budağa “Səni Sevirəm” yazmaq istərdim. Ancaq sən qəzəbli bir
dalğa olub silə biləcəyindən deyə qorxuram.
29. Gecədir ki, adamı kədərləndirən? Yoxsa
adam özü kədərlənmək üçün gecəni gözləyir? Gecədir ki, səni məni
düşündürən? Yoxsa mənəm, səni düşünmək üçün gecəni gözləyən?
30. Qəlbimdə 3 çiçək böyütdüm.
Sevmək, sevilmək və gözləmək. Sən bunlardan ikisini qopartdın. Mənə ancaq
biri qaldı; gözləmək!
31. Yarı dalğalı olmamalıdır dəniz. Ya tam
sakit olmalı yada sovrulmalı! Yarı ümid verməməlidir sevgili. Ya tam
sevməli yada çıxıb getməli.
32. Duyğular vardır anladılmayan. Sevgilər
vardır kəlmələrlə ölçülməyən. Baxışlar vardır insanı bir ömür boyu
ağladan. Yollar vardır keçilməsi çox çətin olan. Qəlblər vardır dərdlə
çırpınan. İnsanlar vardır heç unudulmayan. Zənn etmə məni sevib
buraxanlardan. Zənn et məni məzara qədər sevənlərdən.
33. Səni sevdiyim qədər yaşasaydım ölümsüz
olardım.
34. Bu dünyada iki kor var. Biri məni
görməyən sən. O biri isə, gözü səndən başqasını görməyən mən.
35. Kül olmuş atəş yanarmı? Buz bağlamış su
axarmı? Bu gözlər səni görüb sevdi, başqasına baxarmı?
36. Soyuq havalarda heç bir zaman üşümədim
bilirsənmi nədən? Həmişə sənin istiliyinlə qızındım. Sevginin istiliyi idi
məni qızdıran. Qəlbimə yazılmısan bir dənəm.
37. Günəşin buz tutduğu yerdə bir alov
görsən bil ki, o yalnız sənin üçün yanan qəlbimdir.
38. Sevgini göstərməlisən söyləmək yetməz,
sevgi gözlərində olacaq sözlərin yetməz, sevgi hər şeydir qəlbə həbs
edilməz. Sevməlisən mənim kimi amma ürəyin yetməz!
39. Günəşə baxa bilərəm amma üzünə əsla,
atəşi tuta bilərəm əlini əsla, canımdan keçərəm amma səndən əsla, dünəni
unutsam belə səni əsla.
40. Qəzəbini yarpaqlara yaz payızda
tökülsün, dərdlərini küləyə yaz əsdikcə uzaqlara aparsın, sevgimi qəlbinə
yaz öləndə səninlə basdırılsın!
41. Yuxudan oyananda insanı oyandığına
peşman edən, geri dönmək istəyib, dönə bilməyəndə biçarəlikdən bezdirən,
həyatda bir dəfə görülə bilən bir möhtəşəm bir yuxusan!
42. Ay işığındadır sevgiliyə duyulan həsrət.
Sevgiliyə həsrət olduğun qədər də ona yaxınsan! Unutma, yağışın yağdığı
qədər islaqsan, günəşin isitdiyi qədər qızmar.
43. Gözlərin axar çay, qaşların körpü olsa
tam ortasından keçərkən iplər qopsa yanağından süzülüb düşsəm dodaqlarına.
Məni öpərsən yoxsa bir göz yaşı kimi silərsən?
44. Bizim yerlərdə hər ulduz axanda biri
ölür. Sizdə isə arzu tutulur. Sizin arzularınızın çin olması üçün bizdən
birinin ölməsimi lazımdır?
45. Camaat mənə qəlbsizsən deyirlər. Doğru
deyirlər çünki qəlbimin səndə olduğunu bilməyirlər!
46. Sənin üçün hər darıxanda ürəyimə bir
ulduz çəkirəm. Bilirsən sənin üçün necə darıxmışam? Artıq ürəyimdə bir
səma var. Çünki səni sevirəm.
47. Aramızdakı məsafələr nə qədər uzun
olursa olsun, sonsuzluğa gedən bütün yollara adını yazdım. Hansı yoldan
keçərsən keç səni sevdiyimi oxuyacaqsan.
48. Ən gözəl dəniz sahilində üzülməmiş
olandır, ən gözəl uşaq daha böyümədi, ən gözəl günlərim səninlədir və sənə
söyləmək istədiyim ən gözəl söz daha söylənməmiş olandır; Səni sevirəm.
Eşq gülü tikanıyla dərməyə oxşayır. Əllərin qan içində qalır amma tikana
görə gülü atmaq olmaz.
49. Bir yağış damcısı sənə olan həsrət və
arzumu daşısaydı hər yeri sel alardı.
50. Sən tanrıya edilən arzum, göylərə uzanan
əllərimsən, sən gözümdən süzülən yaş kimi həsrətimsən, sən yaşadığım ömür
və ən gözəl günlərimsən, sən hər gecə yuxularıma girən əziz
sevgilimsən.
51. Sənə bir göyərçin göndərirəm
ürəyində sevgi qanadlarında xoşbəxtlik dimdiyində öpüş var!
S o n
♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ I love You " H " ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥
♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥
♥
|